Rusiya: Gecə ərzində 326 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisi üzərində 326 ədəd Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, hücum çərşənbə axşamı Moskva vaxtı ilə saat 20:00-dan çərşənbə günü saat 07:00-dək davam edib.
Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Kaluqa, Lipetsk, Nijni Novqorod, Rostov, Ryazan, Samara, Saratov, Smolensk, Oryol, Tver, Tula və Ulyanovsk vilayətləri üzərində zərərsizləşdirilib.
Bundan başqa, pilotsuz aparatların Krasnodar diyarı, Moskva bölgəsi, Krım yarımadası və Qara dəniz akvatoriyası üzərində də məhv edildiyi qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl yaydığı açıqlamada isə 12 saat ərzində ölkə ərazisi üzərində 292 Ukrayna PUA-sının vurulduğunu bildirmişdi. Həmin məlumata əsasən, pilotsuz aparatların məhv edilməsi Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək olan müddətdə baş verib.
Bundan əvvəl Rusiyanın Çeboksarı şəhərinin raket hücumuna məruz qaldığı barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib
İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimləri iyulun 4-dən 9-dək keçiriləcək. BAKU.WS Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə...