Rusiya Duması Trampın seçkilərdəki qələbəsini şərh edib
ABŞ-də Donald Trampın prezident seçkilərində qələbəsi Ukrayna münaqişəsi ilə bağlı daha konstruktiv bir yanaşma üçün şans yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
O, Trampın siyasətdə böyük biznesmen olaraq qaldığını düşünür.
"Seçkiqabağı ritorikaya baxsaq, respublikaçılar komandası Rusiyaya qarşı proksi müharibəyə Amerika vergiödəyicilərinin daha çox pulunu göndərmək niyyətində deyil. Ola bilsin ki, burada daha konstruktiv bir yanaşma üçün şans var," - deyə deputat vurğulayıb.
ABŞ-də prezident seçkiləri başa çatıb. İlkin səslərin hesablanmasından sonra ABŞ-nin böyük media orqanlarının əksəriyyəti Trampın böyük üstünlüklə lider olduğunu bəyan edir.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...