Rusiya Ay səthində tədqiqatlara başlayacaq
Rusiya yaxın vaxtlarda Ay səthində tədqiqat işləri aparmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Roscosmos rəhbəri Dmitriy Bakanov açıqlama verib.
Planlaşdırılan mərhələlər
Bakanov bildirib ki, Ayın səthinin öyrənilməsi və torpaq nümunələrinin toplanması üçün eniş modulunun layihəsi tamamlanacaq. Toplanan məlumatların Yerə ötürülməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, 2026-cı ildən etibarən Ayın daxili quruluşunun tədqiqi üçün xüsusi cihazların hazırlanmasına başlanacaq.
Rusiya bu proqramı Çinlə birlikdə həyata keçirir. Layihəyə ümumilikdə 15 ölkənin qoşulması planlaşdırılır.
Qeyd edək ki, Roscosmos ilə China National Space Administration arasında Ayda birgə elmi stansiyanın yaradılması barədə razılaşma hələ 2021-ci ildə imzalanıb.
Oxşar xəbərlər
İran atəşkəs istəyib
ABŞ Prezidenti Donald Trump İranın atəşkəs istədiyini iddia edib. BAKU.WS xəbər verir ki, açıqlamanın detalları Tramp "Truth Social" platformasında paylaşdığı m...