Rus generalın ölümünün bəzi detalları məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada general İqor Kirillov Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Ukrayna Təhlükəsizlik Xidməti Moskvada keçirilən xüsusi əməliyyat çərçivəsində rus generalı Kirillovu öldürüb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, bu gün səhər yerli vaxtla saat 7 radələrində Moskvanın Ryazanski prospektində yaşayış binasının həyətində partlayış baş verib. Nəticədə Kirillov və köməkçisi ölüb.
Girişdə dayanan skuterə yerləşdirilmiş bomba işə düşüb. Partlayış 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər şüşələri zədələyib, eyni zamanda üzbəüz evdəki şüşələri sındırıb.
İki hərbçinin ölümü ilə bağlı "Qətl", "Terror aktı", "Silah və sursatın qanunsuz dövriyyəsi" maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...