Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Dünya 20

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

Xatırladaq ki, Rumıniyada oxşar hadisə iyulun 20-də də baş verib. Belə ki, ölkənin liman şəhəri Sulina üzərində naməlum pilotsuz uçuş aparatı vurulub. Rumıniya ordusunun radar sistemi dronu Sulinadan təxminən 20 kilometr şərqdə aşkarlayıb və onun ölkənin hava məkanını keçdiyini müəyyən edib. Ərazi yaşayış məntəqələrindən uzaq olduğundan, müdaxilə üçün havaya qalxan F-16 qırıcıları drona atəş açıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər