"Rosaviasiya": Kazan hava limanında gün ərzində ikinci dəfə məhdudiyyətlər tətbiq edilib
Rusiyanın Kazan hava limanında bu gün ikinci dəfə uçuşlara məhdudiyyətlər tətbiq edilib.
"Report" xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
"Kazan hava limanında Moskva vaxtı ilə saat 15:05-dən (Bakı vaxtı ilə 16:05) hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.
Tətbiq edilən məhdudiyyətlər bu gün ərzində ikincidir. Daha əvvəl Kazan hava limanının fəaliyyəti məhdudlaşdırılıb və bərpa edilib.
Qeyd edək ki, 8 yanvar 2025-ci il tarixində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.
Oxşar xəbərlər
İranda toyda atışma olub, üç nəfər ölüb, dörd nəfər yaralanıb
İranın Kermanşah əyalətinin Sərfiruzabad rayonunda toyda atışma nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb. "Report" "Mashrek"ə istinadən xəbər verir ki, b...