Roma Papası XIV Leo Ukraynaya humanitar yardım göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası XIV Leo Ukraynanın müxtəlif bölgələrinə humanitar yardım göndərib.
BAKU.WS-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, yardım üç yük avtomobili vasitəsilə çatdırılıb.
Məlumata əsasən, göndərilən humanitar yüklərin əsas hissəsini 100 min porsiya dehidratlaşdırılmış şorba təşkil edir. Qeyd olunub ki, bu məhsullar az miqdarda su əlavə edildikdə toyuq və tərəvəz tərkibli, qidalı yeməklərə çevrilir.
Vurğulanıb ki, ərzaq yardımı əsasən döyüşlərin daha intensiv getdiyi cəbhəyanı ərazilərdə yaşayan əhali arasında paylanacaq.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...