İsveçrədə robot kuryerlər işə başladı

İsveçrədə robot kuryerlər işə başladı
Dünya 110

İsveçrədə poçt və ərzaq məhsullarının çatdırılması üçün robotlardan istifadə edilən pilot layihə işə salınıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, layihə Swiss Post, Migros Online xidməti və RIVR şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Çatdırılmanı təmin edən RIVR ONE adlı robotlar ETH Zurich tərəfindən hazırlanmış ANYmal modelinin kommersiya versiyasıdır. Bu robotlar dörd ayaqlı quruluşa malikdir, ayaqlarının yerində isə təkərlər quraşdırılıb. Təkərlər bloklanmış vəziyyətdə robotun pilləkənləri və maneələri aşmasına imkan verir, açıq vəziyyətdə isə asfalt və döşəmə üzərində sürətli hərəkət təmin edir.

Robotlar LiDAR, kameralar və GPS sistemi ilə təchiz olunub. Yüklər isə xüsusi qıfıllı konteynerlərdə daşınır. Test mərhələsində robotlar Swiss Post-un yük maşınları ilə birlikdə hərəkət edəcək və Migros Online sifarişlərini, eləcə də müştərilərin poçt bağlamalarını birbaşa ünvanlara çatdıracaq.

Hərçənd robotlar əsasən avtonom işləyir, lakin onların fəaliyyətinə operatorlar nəzarət edir və zərurət olduqda idarəetməyə müdaxilə edə bilirlər.

Qeyd edək ki, RIVR ONE bundan əvvəl Sürixdə və ABŞ-nin Ostin şəhərində sınaqdan keçirilib və həmin dövrdə həm poçt göndərişləri, həm də yemək çatdırılması üçün istifadə olunub.

İsveçrədə robot kuryerlər işə başladı

Son xəbərlər