Rəsmi Tehran ABŞ və İsrailə çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"İran ABŞ və İsraillə fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çalışdığını, lakin hazırda müharibə şəraitində əsas diqqətin müdafiəyə yönəldiyini bildirib".
Oxu.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai CGTN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İran danışıqlardan heç vaxt imtina etməyib və diplomatiyaya sadiqliyini nümayiş etdirib. Lakin hazırda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalan ölkə üçün əsas prioritet sərhədlərin, ərazinin və əhalinin qorunmasıdır.
Bəqai əlavə edib ki, Tehran regionda müharibəyə səbəb olan ölkələrin məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. İran həmçinin danışıqlar üçün ABŞ-dən hücum etməmək zəmanəti, kompensasiya və nüvə yanacağı dövriyyəsi hüququnun tanınmasını tələb edir.
Xatırladaq ki, fevralın 28-də İsrail İran ərazisinə zərbələr endirib, daha sonra ABŞ də hərbi əməliyyatlara qoşulub. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Münaqişə nəticəsində bölgədə 1 300-dən çox insanın həlak olduğu bildirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...