Rəqsi ilə gündəmə gələn iranlı gənc qız ABŞ-də yaşadığını açıqladı
İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra paylaşdığı rəqs videosu ilə diqqət çəkən iranlı gənc qız səssizliyini pozub.
BAKU.WS xəbər verir ki, o, sosial media hesabında yaydığı açıqlamada bir neçə il əvvəl İrandan ayrıldığını və hazırda ABŞ-də yaşadığını bildirib. Gənc qız mühəndislik sahəsi üzrə doktorantura təhsili aldığını qeyd edib.
Paylaşımında o, ABŞ-dəki azadlığa görə minnətdar olduğunu vurğulayıb: "Əgər Tramp mahnısı ilə rəqs edən iranlı qızı axtarırsınızsa, bu mənəm. Bir neçə il əvvəl İrandan getdim. Hazırda ABŞ-də mühəndislik üzrə doktorantura təhsili alıram. Buradakı azadlıq bir çox iranlının uğrunda mübarizə apardığı arzudur. Dəstəyiniz üçün təşəkkür edirəm, Amerika. Təşəkkürlər, Prezident Tramp".
Qeyd edək ki, Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldüyü bildirilir. Onun ölümü cəmiyyətdə fərqli reaksiyalar doğurub. Bəzi şəxslər bunu kədər hissi ilə qarşılayıb, digərləri isə açıq şəkildə sevincini ifadə edib. Rəqsi ilə gündəmə gələn gənc qız da hadisəyə sevinc reaksiyası verənlər arasında olub.
Oxşar xəbərlər
Qətər: Körfəz ölkələrinə müharibəni dayandırmaq üçün təzyiq göstərmək cəhdləri uğursuz olacaq
İranla əlaqə saxlamırıq: Körfəz ölkələrinə müharibəni dayandırmaq üçün təzyiq göstərmək cəhdləri uğursuz olacaq. BAKU.WS "The times of Israel"ə istinadən xəbər...