Rassel Kroudan "Qladiator" ETİRAFI: "Orada özümü əsl kişi kimi hiss etdim"
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Rassel Krou illər əvvəl rol aldığı "Qladiator" filmi ilə bağlı etiraf edib.
BAKU.WS xəbər verir ki, o çəkilişləri Maltada baş tutan ekran işində hər gün mübarizə apardığını bildirib.
Krou onu da qeyd edib ki, həmin filmə çəkilən zaman özünü əsl kişi kimi hiss edib.
"Maltadakı çəkilişlərlə bağlı nəyi sevdiyimi bilmək istəyirsinizsə, sizə hər şeyi danışacağam. 26 il əvvəl orada özümü əsl kişi kimi hiss etdim. Əvvəllər çəkildiyim filmlərin heç birində "Qladiator"un möhtəşəmliyi, ambisiyası yox idi. Bu asan çəkiliş deyildi. Mən hər gün döyüşməli idim, filmdəki personajın həyatı kimi... Və mən özümü rezonans doğuran bir şey etmək üçün şanslı insan hesab edirəm" -deyə, aktyor bildirib.
Krou yeni "Qladiator 2" filmindən də danışıb.
Yeni ekran işinin onu narahat etdiyini deyib:
"Filmdə öldüm və nə edəcəkləri ilə bağlı heç bir fikrim yox idi. Başqa film çəkəcəkləri məni bir az narahat etdi".
Xatırladaq ki, "Qladiator" filmin 2000-ci ildə çəkilib və rejissoru Ridli Skottdur.
Qalereya
Oxşar xəbərlər
Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ
Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ard...