Qopan buzlaqda köməskiz qalan 109 nəfər xilas edildi
![Qopan buzlaqda köməskiz qalan 109 nəfər xilas edildi](https://baku.ws/storage/photos/uploads/thumbs/large/WHnhWNia7vxgzrLAZKyxAEJcZVb6Fcc1pWsdmUeC.webp)
Rusiyada 109 balıqçı Oxot dənizində qopan buzlaqdan xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.
"Oxot dənizində 109 balıqçı xilas edilib", - məlumatda deyilir.
Mətndə 44 nəfərin Mi-8 helikopteri ilə təxliyə edildiyi bildirilir. Daha 65 vətəndaş müxtəlif üzən gəmilərdən istifadə etməklə sahilə çıxarılıb.
Xatırladaq ki, fevralın 12-də Saxalin vilayətinin Malki kəndindən Dolinka çayının mənsəbinə qədər buzda 10 metrlik çat əmələ gəlib. Bundan sonra 300-ə yaxın balıqçının olduğu qırılan buz kütləsi Oxot dənizi boyunca sürünməyə başlayıb.
Bunun fonunda bölgədə xilasetmə işləri təşkil edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə ən azı altı fövqəladə hallar xidmətinin əməkdaşı və bir Mi-8 helikopteri göndərilib.
Oxşar xəbərlər
Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb
Türkiyə ordusunun PKK terrorçularına qarşı keçirdiyi əməliyyat zamanı 5 PKK terrorçusu öldürülüb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirl...
![](/images/banners/placeholder_home_right_az.jpg)