"Qiyamət günü" radiosu efirdə sirli söz səsləndirdi

Qiyamət günü radiosu efirdə sirli söz səsləndirdi
Dünya 30

Rusiyada "Qiyamət günü radiosu" kimi tanınan UVB-76 radiostansiyası efirdə "Şramoskot" sözünü səsləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 Loqi" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, mesaj Moskva vaxtı ilə saat 15:41-də səsləndirilib:

"НЖТИ 30888 ШРАМОСКОТ 4056 5709".

Səsləndirilən "Şramoskot" sözünün mənası məlum deyil.

Qeyd edək ki, UVB-76 1970-ci illərdən yayımlanır. Radiostansiya əsasən fasiləsiz vızıltıya bənzər siqnal ötürməsi ilə tanınır. Zaman-zaman efirdə mənası açıqlanmayan söz və rəqəm kombinasiyaları da səsləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər