Qırğızıstanda Vergilər Xidmətinin rəhbəri korrupsiya şübhəsi ilə saxlanılıb
06
dek
2024
16:27
Qırğızıstanda korrupsiya ittihamı ilə Vergilər Xidmətinin rəhbəri Altynbek Abduvapov və onun müavini saxlanılıb.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Elektron mal daşınma qaimələrinin istifadəsi ilə bağlı fırıldaqlara Vergilər Xidmətinin rəhbəri Abduvapov və onun müavini (İslambek) Kıdırgıçovun da aidiyyəti müəyyən olunub", - deyə məlumatda qeyd olunub.
Hazırda saxlanılanlar Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Məşhəd ziyarətinə gedən zəvvarlarımız vətənə qayıda bilmir
Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gedən bir qrup zəvvar İranda qalıb. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, səbəb Tehran Beynəlxalq Hava Li...