Qırğızıstanda rusiyalı alpinisti xilas etmək mümkün olmayıb

Hava şəraitinə görə rusiyalı alpinist Natalya Naqovitsinanı Qələbə zirvəsində axtarmaq üçün pilotsuz uçuş aparatı işə salına bilməyib.
BAKU.WS xəbər verir ki, bunu Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin KİV və əhali ilə iş idarəsinin rəhbəri Adil Çarğınovun "RIA Novosti"yə bildirib.
Onun sözlərinə görə, xüsusi dron dağlarda yüksəkdə uçaraq Naqovitsinanın yanına yaxınlaşıb.
"Pis hava səbəbindən alpinistin axtarışı üçün nəzərdə tutulan "Airbus Helicopters H125" tipli "Eurocopter" də uçuş həyata keçirə bilməyib və artıq daimi dislokasiya yerinə qaytarılıb. Qırğızıstana yüksək dağ şəraitində, xüsusilə Himalayda bu cür helikopterləri idarəetmə təcrübəsinə malik İtaliyadan pilotlar gətirilib. Onları Naqovitsinanın təxliyəsi üçün cəlb etmək planlaşdırılırdı, lakin uçuşlar olmayacaq və pilotlar ölkələrinə qayıdırlar",-deyə Çarğınov əlavə edib.
Qeyd edək ki, Natalya Naqovitsina avqustun əvvəlində bir qrup alpinistlə birlikdə Tyan-Şanın ən yüksək nöqtəsi olan Qələbə zirvəsinə (7439 metr) qalxıb. Lakin 12 avqustda eniş zamanı yıxılıb ayağını sındırıb. Əvvəlcə 17 avqustda Qırğızıstan hərbi helikopteri həm Naqovitsinanı, həm də digər kömək gözləyən alpinistləri xilas etmək üçün yola çıxsa da, hədəfə çata bilməyib və 4600 metr hündürlükdə sərt eniş edib. 19 avqustda isə alpinisti xilas etmək üçün Qırğız hərbçiləri və Qələbə zirvəsindəki düşərgədən təcrübəli alpinistlər yola düşüblər, lakin hava şəraiti səbəbindən heç kim rusiyalı qadına çata bilməyib.
Oxşar xəbərlər
Sankt-Peterburqda 10 min miqrant taksi sürücüsü və kuryer işləyə bilməyəcək
Rusiyanın Sankt-Peterburq şəhərində 10 minə yaxın miqrant taksi sürücüsü və kuryer işləmək imkanını itirəcək. BAKU.WS xəbər verir ki, bu barədə "Fontanka" port...
