Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatdı

Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatdı
Dünya 88

Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi İsrailin hava hücumu nəticəsində Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində öldürülüb. Bu hadisə ilə birlikdə, 7 oktyabr 2023-cü ildən bəri İsrail-Fələstin münaqişəsi zamanı həlak olan jurnalistlərin ümumi sayı 220-yə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.

Qəzza Səhiyyə İdarəsi açıqlayıb ki, Məhəmməd Hicazi həftəsonu mühasirədə olan əraziyə İsrail hücumları zamanı öldürülən təxminən 90 fələstinlidən biri olub.

Fələstin Jurnalistlər İttifaqı 5 yanvarda bəyan edib ki, İsrail hərbçiləri ötən ay ərzində fələstinli jurnalistlərə qarşı 84 cinayət törədib. Bu hadisələrin əksəriyyəti Qəzza zolağında baş verib və nəticədə 10 media işçisi həlak olub.

Təşkilatın qeyd etdiyi kimi, İsrail tərəfi jurnalistlərə qarşı müxtəlif zorakılıq və təzyiq formalarını, o cümlədən qorxutma, silahla birbaşa hədə-qorxu, ədalətsiz məhkəmə təqibləri, maliyyə cərimələri və hərəkət azadlığını məhdudlaşdırma praktikasını davam etdirir.

Son xəbərlər