Qəzza zolağında ölənlərin sayı 41 min 252-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi əməliyyatlarda həyatını itirənlərin sayı 41 min 252-yə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində keçirdiyi əməliyyatlarda 26 fələstinli həyatını itirib, 84 fələstinli isə yaralanıb.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 252-yə, yaralıların sayının isə 95 min 497-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu qeyd edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...