Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var
23
iyn
2025
22:05
Qətər "Sepah"ın "Əl-Üdeyd" bazasına raket hücumunu "Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulması" adlandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qətər dövləti beynəlxalq hüquqa uyğun olaraq bu açıq təcavüzə birbaşa cavab vermək hüququnu özündə saxlayır", – rəsmi bəyanatda deyilir.
Xarici siyasət idarəsinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari qeyd edib ki, Qətərin hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib və İran raketlərini uğurla zərərsizləşdirib.
Oxşar xəbərlər
Özünü şagirdlərinə sipər edərək həlak olan Ayla müəllim kimdir? - FOTOFAKT
Türkiyənin Kahramanmaraş şəhərindəki Ayser Çalık adlı orta məktəbdə yaşanan silahlı insident zamanı 10 nəfər həyatını itirdi. Bu dəhşətli hadisə yalnız bir məkt...