Qəribə təbiət hadisəsi - Moskva üzərində Avrora görünə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvalılar oktyabrın 30-da paytaxtın səmasında avroranı görə biləcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva agentliyinə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçov bildirib.
Onun sözlərinə görə, Yer yenidən günəş aktivliyi ilə üzləşib, lakin qasırğa mülayim xarakter daşıyır. Mqnit dalğaları bu həftənin ortalarında, yəni oktyabrın 30-da pik həddinə çatacaq.
Boqaçev qeyd edib ki, güclənən maqnit qasırğaları səbəbindən Rusiyanın Avropa hissəsində auroraların baş vermə ehtimalı artacaq.
Xatırladaq ki, oktyabrın 28-də səhər saatlarında Yer kürəsini maqnit qasırğası bürüyüb. Alimlərin fikrincə, qasırğanın gücü G2 (orta) səviyyəsinə çatır. Fırtına növbəti 24 saat ərzində davam edəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...