Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendum başlayıb
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə start götürüb.
BAKU.WS xəbər verir ki, paytaxt Astanada və ölkənin bütün bölgələrində seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və 20:00-dək fəaliyyət göstərəcək.
Rəsmi məlumatlara əsasən, referendumda iştirak etmək hüququ olan 12 milyondan çox vətəndaş seçici siyahılarına daxil edilib. Səsvermənin şəffaflığını təmin etmək üçün yüzlərlə beynəlxalq müşahidəçi və xarici jurnalist akkreditasiya olunub.
Ölkə üzrə və xaricdə ümumilikdə 10 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə yaşayan qazaxıstanlılar isə 54 ölkədə yerləşən diplomatik nümayəndəliklərdə səs verə bilirlər.
Qeyd edək ki, referendum Kasım‑Jomart Tokayevin təşəbbüsü ilə keçirilir və sənədə əsasən Konstitusiyanın böyük hissəsinin yenilənməsi nəzərdə tutulur. Seçicilər bülletendə yeni Konstitusiyanın qəbuluna "lehinə" və ya "əleyhinə" səs verirlər.
Oxşar xəbərlər
Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərlənib
Şimali Makedoniyada ölkənin şimalındakı Qostivar şəhərciyində 3 mindən çox insan zəhərlənib, bunun səbəbinin əhaliyə verilən suyun bakterial çirklənməsi olduğu...