Qazaxıstanda sürücülərə dövlət nömrə nişanını seçmək imkanı yaradıldı
Qazaxıstanda avtomobil sahibləri bundan sonra dövlət qeydiyyat nişanlarını istədikləri hərf və rəqəmlərlə seçə biləcəklər. Yeni qaydalar 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minib.
BAKU.WS xəbər verir ki, əhali üçün daha rahat şərait yaratmaq məqsədilə hazırlanmış bu mexanizm avtomobil sahiblərinə nömrə nişanının kombinasiyasını sərbəst müəyyən etməyə imkan verir. Lakin yüksək tələbat olan xüsusi nömrələr bu qaydaya daxil edilmir və onların əldə olunması üçün ayrıca rüsumlar tətbiq olunacaq.
Standart nömrə nişanlarının qiyməti 10–15 aylıq hesablama göstəricisi həcmində müəyyən edilib. Qeyd edək ki, aylıq hesablama göstəricisi Qazaxıstanda müavinətlərin, vergilərin, cərimələrin və dövlət rüsumlarının hesablanmasında istifadə olunan rəsmi maliyyə əmsalıdır. Bu göstərici hər il dövlət büdcəsi haqqında qanunla təsdiqlənir və inflyasiya fonunda məbləğlərin yenidən hesablanmasını asanlaşdırır.
Oxşar xəbərlər
Yaponiyada 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı 35-ə çatdı
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib. BAKU.WS NHK telekanalın...