Qazaxıstanda bütün aviareyslər dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən "Manas" Beynəlxalq Hava Limanında baş verən insident səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "AKİpress" məlumat yayıb.
Bildirilib ki, "TezJet" aviaşirkətinə məxsus Boeing 717 təyyarəsi havaya qalxarkən arxa şassilərindən birində nasazlıq yaranıb. Hadisə nəticəsində uçuş-enmə zolağına təyyarənin hissələri səpələnib, həmçinin aviasiya yanacağı dağılıb.
Buna görə də hava limanı ərazidə təmizləmə və təhlükəsizlik işləri başa çatanadək bütün uçuşların qəbulunu və yola salınmasını dayandırıb. Sonradan hava limanının yerli vaxtla saat 22:00-dək bağlı qalacağı açıqlanıb.
Məlumata əsasən, təyyarənin göyərtəsində 181 sərnişin və 6 ekipaj üzvü olub. Onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində ağır xəsarət alan olmayıb, yalnız bir neçə nəfərə yerində tibbi yardım göstərilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...