Qasırğa nəticəsində 229 sakin yaralandı, 3300 evə ziyan dəydi

Son 10 ilin ən güclü qasırğalarından bir olan "Yagi" Vietnamda həyatı iflic edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, yaşanana təbii fəlakətdə ölənlərin sayı 21-ə çatıb.
149 km sürətə malik qasırğa 229 sakinin müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olub.
Meteroloji proqnozlar bürosunun yaydığı məlumata əsasən, bu ölkədəki qasırğaların ən güclüsüdür.
Qasırğa səbəbilə "Hai Phong" liman şəhərində bir çox bölgə su altında qalıb, 3300 ev və 120 min hektardan çox ərazi böyük ziyan görüb.
Rəsmilər Quang Ninh vilayətində 30 gəminin su altında qaldığını deyib.
Hazırda qasırğa qərbə və şərqə doğru irəliləyir.
Vətəndaşalara torpaq sürüşməsi riskinin qaldığı barədə xəbərdarlıq da edilib.

Oxşar xəbərlər
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib
Rusiya və Türkiyə neft sektorunda birgə layihələrin təşviq edilməsi ilə bağlı razılığa gəlib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə cümə günü Mos...
