Qanunsuz mərc oyunlarını təşviq edən aktyor saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Atakan Yılmaz saxlanılıb.
BAKU.WS xəbər verir ki, o, qeyri-qanuni mərc oyunlarına aid reklamlar hazırlamaqda ittiham edilir.
Atakan İstanbul Baş Prokurorluğunda məşhurlara qarşı başladılan "qanunsuz mərc oyunlarına təşviq etmə" əməliyyatı çərçivəsində saxlanılıb.
O bu hərəkəti ilə "7258 saylı qanun"a qaşı çıxıb.
İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda aktyorun saxlanılma səbəbi belə göstərilib:
"İnternetdə idman, gözəllik, səyahət, moda, texnologiya, sağlamlıq və ya əyləncə kimi bir çox fərqli kateqoriyada "Kütləvi izləyicisi olan sosial media istifadəçisi" Atakan Yılmazın qeyri-qanuni mərc oyunlarını təşviq edən intensiv fəaliyyət göstərdiyi müəyyən edilmişdir.
Bunun üzərinə İstanbul Baş Prokurorluğu tərəfindən onun barəsində istintaq başladılıb və sözügedən şəxs yanvarın 7-də nəzarətə saxlanılıb".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...