Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək"
"Vaşinqton iyun ayında bağlanmış İslamabad memorandumunun öhdəliklərini müstəqil şəkildə yerinə yetirmək istəməzsə, İran hakimiyyəti ABŞ-ni buna güc yolu ilə məcbur etmək niyyətindədir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf xalqa videomüraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin saziş üzrə öhdəlikləri yerinə yetirilənə qədər Hörmüz boğazı bağlı qalacaq.
Qalibaf əlavə edib ki, İran ABŞ-nin dəniz blokadasını hərbi təcavüz aktı hesab edir və buna simmetrik cavab verəcək:
"Əgər onlar blokadanı sərtləşdirsələr, biz mütləq hərbi cavab verəcəyik. Əgər düşmən bizim Fars körfəzindən neft ixrac etməyimizə mane olmaq qərarına gəlsə, heç kim neft ixrac edə bilməyəcək".
Xatırladaq ki, iyun ayında Vaşinqton və Tehran İslamabadın vasitəçiliyi ilə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Oxşar xəbərlər
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
ABŞ ordusunun hücumlarına cavab olaraq İranın mərkəzi hissəsindən Amerikanın bölgədəki bazalarına raketlər buraxılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...