Qadın "Saxta Bred Pitt"ə görə milyonçu ərindən və 830 000 avrosundan oldu
Fransada Anna adlı 53 yaşlı qadın dələduz qurbanı olub.
BAKU.WS xəbər verir ki, tanımadığı bir şəxs sosial şəbəkə üzərindən özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək onunla sevgili olub.
Anna onun həqiqətən Bred Pitt olduğuna inanıb. Dələduz evli qadına Bred Pittin süni intellektlə düzələn foto və videolarını atıb.
Bütün bunlardan sonra qadın varlı ərindən boşanaraq "Saxta Bred Pitt"lə evlənmək qərarına gəlib.
O həyat yoldaşından boşanan vaxt 830 000 avro civarında təzminat alır. Bunu bilən dələduz Annaya xərçəng xəstəsi olduğunu və əməliyyat üçün külli miqdarda pula ehtiyacı olduğunu deyib.
O yenə də Bred Pittin süni intellektlə hazırlanan xəstəxana fotolarını qadına gönədrib. Anna 8 ay bu dələduza inanıb.
Qadın Bred Pitti televiziyada yeni sevgilisi İnes Ramonla gördükdən sonra aldadıldığını öyrənib. O həmin adamı tapmaq üçün lazımı orqanlara müraciət edib.
Hazırda polis həmin dələduzu axtarır. Anna isə yaşadığı ağır stressə görə xəstəxanada müalicə alır.
Oxşar xəbərlər
Hadise yeni sevgilisi ilə ilk dəfə görüntüsünü paylaşdı
Müğənni Hadise şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ilk dəfə sevgilisi Şenol Sönmezle görüntüsünü paylaşıb. S...