Qadın qohumunun mobil telefonunu udub və ölüb

Qadın qohumunun mobil telefonunu udub və ölüb
Dünya 834

Hindistanda, Andhra Pradeş ştatında qadın qohumunun telefonunu udub və ölüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə psixi xəstələrin olduğu xəstəxanalardan birində baş verib.

Mərhumun qohumu bildirib ki, ona baş çəkərkən palatada düyməli mobil telefonunu itirib. Xəstə demək olar ki, dərhal etiraf edib ki, o, cihazı udmağa çalışsa da, telefon onun boğazında ilişib. Həkimlər qadını əməliyyat edərək mobil telefonunu çıxara bilsələr də, vəziyyəti pisləşməkdə davam edib.

Həkimlər daha sonra onu başqa xəstəxanaya köçürüblər və ürəyinin funksiyası pozulduğu üçün o, süni nəfəs aparatına yerləşdirilib. Daha sonra xəstənin ürəyi dayanıb.

Son xəbərlər