Putinin helikopterinə hücum cəhdi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Hava Hücumundan Müdafiə Diviziyasının komandiri Yuri Daşkin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Kursk vilayəti üzərində uçan Prezident Vladimir Putinin helikopterini hədəfə alaraq hücum cəhdi ediblər.
BAKU.WS xəbər verir ki, Daşkinin sözlərinə görə, hadisə zamanı Putinin helikopteri havada olub və eyni anda Ukrayna PUA-larına qarşı intensiv müdafiə əməliyyatı həyata keçirilib.
"Ukrayna qüvvələri hücumlarını gücləndirdilər və Prezidentin helikopterinin bölgədə olduğunu anlayan kimi ona yönəldilər. Biz isə eyni vaxtda həm hava hücumundan müdafiə tədbirləri apardıq, həm də dövlət başçısının havadakı təhlükəsizliyini təmin etdik", – deyə Daşkin vurğulayıb.
Hadisə ilə bağlı rəsmi Moskva hələlik əlavə açıqlama verməyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...