Putin və Zelenskiyə Roma Papasının vəfatı münasibətilə yeni atəşkəs təklifi edildi
Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov Roma Papası Fransiskin vəfatı münasibətilə Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskiyə müraciət edib.
BAKU.WS xəbər verir ki, o, Pasxa atəşkəsinin ən azı Papa Fransiskin dəfn mərasiminə qədər uzadılmasını istəyib.
"Tanrı elə etdi ki, Papa məhz o atəşkəs zamanı vəfat etdi – özü bu atəşkəs üçün çox çalışmışdı, çox istəmişdi, onu təşviq etmişdi. Bu, onun fəaliyyətinin bəhrələrini gördüyü bir an idi. Xəstəxanada olarkən mən ona demişdim ki, sağalmalı və əməyinin bəhrələrini görməlidir. Əslində, o bunu gördü," – deyə Sevastyanov bildirib.
O, Papa Fransiskin humanitar fəaliyyətini və insanlıq üçün etdiyi töhfələri qeyd edərək, onun şərəfinə atəşkəsin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sevastyanov həmçinin bildirib ki, yeni Papa üçün Fransiskə bənzəmək çox çətin olacaq, çünki Fransisk həm teoloji, həm siyasi, həm də adi insani məsələlərlə yüksək səviyyədə məşğul ola bilən bir şəxsiyyət idi.
Oxşar xəbərlər
Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb
Paris-2024 Olimpiya Oyunlarında çıxışı ilə dünya şöhrəti qazanan türkiyəli atıcı Yusuf Dikeç karyerasında yeni addım atıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...