Putin və Tramp arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında söhbət bir saat yarımdan çox davam edib. Yuri Uşakov qeyd edib ki, Vladimir Putin ABŞ liderinə 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəs elan etməyə hazır olduğunu bildirib.
"Tramp bu təşəbbüsü dəstəkləyib. O, Rusiya liderinə Ukraynadakı münaqişənin həlli üçün sazişin yaxın olduğunu deyib", - deyə Yuri Uşakov bildirib.
Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Donald Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri sayca 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...