Putin və Netanyahu ilə telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, söhbət zamanı Yaxın Şərqdəki son hadisələr, o cümlədən Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı həmçinin ABŞ Prezidentinin Qəzza bölgəsində vəziyyətin normallaşmasına dair planı da müzakirə mövzularından biri olub.
Tərəflər İranın nüvə proqramı ilə bağlı mümkün həll yollarını və Suriyada sabitliyin bərpası məsələsini də diqqət mərkəzinə alıblar.
Oxşar xəbərlər
Türkiyədə plastik əməliyyat olunan qadın burnunun yarısını itirdi
Türkiyədə xarici vətəndaş olan qadın plastik əməliyyat qurbanı olub. BAKU.WS xəbər verir ki, o ilk növbədə əməliyyat etdirmək üçün öz ölkəsindən Türkiyəyə gəli...