Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
18
mar
2025
22:12
RF Prezidenti Vladimir Putin Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina etməsi barədə ABŞ Prezidenti Donald Trampın ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib", – məlumatda deyilir.
Oxşar xəbərlər
Zelenski: Sabah Ukrayna ilə ABŞ arasında 5 əsas məsələ müzakirə olunacaq
Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb. BAKU.WS "Report"a istina...