Putin Moskvada Paşinyanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Eyni zamanda Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəliyin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Paşinyan Moskvaya işgüzar səfər çərçivəsində gələcək.
Oxşar xəbərlər
Rusiyada meymunçiçəyi YAYILIB
Rusiyada meymunçiçəyi şübhəsi ilə hospitalizasiya olunanların vəziyyəti açıqlanıbiyanın Moskva vilayətində meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən ik...