Putin MKİ rəhbəri ilə görüşməyib

Putin MKİ rəhbəri ilə görüşməyib
Dünya 0

Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüş keçirməyib.

BAKU.WS xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.

Peskov Putinin Retkliff ilə görüşüb-görüşmədiyinə dair suala "Xeyr, Prezidentlə görüş olmayıb" cavabını verib.

Kremlin sözçüsü eyni zamanda Rusiya və ABŞ kəşfiyyat strukturları arasında təmasların Ukrayna münaqişəsinin nizamlanmasına təsir göstərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu təsir tərəflərin irəli sürdüyü təklif və ideyalardan asılı olacaq.

Peskov bildirib ki, kəşfiyyat orqanları arasında əlaqələrin davam etdirilməsinin əsas məqsədlərindən biri də mümkün nizamlanmaya töhfə verməkdir.

Qeyd edək ki, MKİ direktoru Con Retkliff avqustun 25-də bir sıra yüksək vəzifəli Rusiya rəsmiləri ilə görüşlər keçirmək üçün Moskvaya səfər edib. "The Wall Street Journal" görüşlər zamanı Retkliffin Ukrayna münaqişəsi fonunda Moskvanı NATO ölkələri ilə mümkün eskalasiya riskləri barədə xəbərdar etmiş ola biləcəyini yazıb.

ABŞ Prezidenti Donald Tramp isə MKİ rəhbərinin Rusiyaya səfərinin rutin xarakter daşıdığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər