Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür
Bakı və Dərbənddəki teatr səhnələri iki ölkənin mədəniyyətləri arasında özünəməxsus körpü rolunu oynayaraq humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dərbənddə teatrın açılış mərasimində videoəlaqə vasitəsilə çıxışı zamanı deyib.
O, Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışının Dağıstanın, bütövlükdə Rusiyanın, eləcə də Qafqazın qonşu dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olacağına əminliyini ifadə edib.
Putin xatırladıb ki, teatrın tarixi XIX əsrin 80-ci illərinə gedib çıxır və həmişə teatr sənətinə sadiq insanları birləşdirib. Onun sözlərinə görə, genişmiqyaslı yenidənqurma işlərindən sonra müəssisə müasir bina ilə təmin olunub.
Prezident qeyd edib ki, Rusiyada federal proqramların dəstəyi, eləcə də regionların, özəl investorların və mesenatların iştirakı ilə regional teatrların yenilənməsi və texniki cəhətdən yenidən təchiz edilməsi üzrə işlər aparılır. O vurğulayıb ki, Dərbənd səylərin bu cür birləşdirilməsinə bir nümunədir.
Dövlət başçısı layihənin həyata keçirilməsinə töhfə verən hər kəsə təşəkkür edib.
Putin həmçinin Dağıstan və qədim tarixə malik Dərbənd üçün ənənələrə qayğı ilə yanaşmağın vacibliyini vurğulayaraq qeyd edib ki, Rusiyanın unikallığı xalqların özünəməxsusluğu və birliyi, eləcə də mədəni müxtəlifliyə hörmət hesabına formalaşır.
O, yenilənmiş teatrın ölkə sakinlərinin zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmasına kömək edəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib. BAKU.W...