Portuqaliya polisi 6,5 ton kokain daşıyan gəmini saxlayıb
Portuqaliya polisi Avropaya gedən və göyərtəsində 6,5 ton kokain olan gəmi aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Gəmi Atlantik okeanında, Azor adalarından təqribən 500 dəniz mili aralıda beş ekipaj üzvü ilə birlikdə saxlanılıb. Polis onların beynəlxalq cinayət təşkilatının üzvləri olduğunu hesab edir.
Əməliyyatda polislə yanaşı, Portuqaliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, həmçinin İspaniya Mülki Qvardiyası da iştirak edib.
Onlara ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Britaniya səlahiyyətliləri kömək edib. Əməliyyat bu yaxınlarda keçirilib, lakin onun dəqiq tarixi açıqlanmayıb.
Oxşar xəbərlər
Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır
Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək planlarını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...