Polşada nadir Kelt dəbilqəsi tapılıb

Polşada nadir Kelt dəbilqəsi tapılıb
Dünya 49

Polşada nadir Kelt dəbilqəsi tapılıb.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bu, ölkədə aşkar edilmiş dəbilqələrdən ən qədimi ola bilər.

Təxminən 3 hektar ərazini əhatə edən müdafiə strukturunda alimlər eramızdan əvvəl 4-cü əsrə aid nadir tunc dəbilqə, həmçinin balta, nizə, qılınc və dekorativ at qoşquları da daxil olmaqla 300 Kelt əşyası aşkar ediblər. Kelt dəbilqəsi nadir tapıntı hesab edilir.

Varşavadakı Dövlət Arxeologiya Muzeyinin alimləri "Bu, Polşada tapılan ilk və ölkədə indiyə qədər aşkar edilmiş ən qədim əşyadır" deyiblər.

Dəbilqəni hazırlayan insanlar təxminən eramızdan əvvəl 450-ci ildən Avropada yaşayıblar. Tapıntı o deməkdir ki, keltlər əvvəllər düşünüldüyü kimi təkcə Polşanın cənubunda deyil, həm də Mazoviyanın şimal bölgəsində də məskunlaşıblar. Kəşf həm də erkən Dəmir dövrü Avropa ticarət yollarının yenidən araşdırılmasına səbəb ola bilər.

Son xəbərlər