Piratlar Yəmən və Somali sahillərində iki gəmini ələ keçirib

Piratlar Yəmən və Somali sahillərində iki gəmini ələ keçirib
Dünya 6

Yəmən və Somali sahillərində iki gəmi dəniz quldurlarının hücumuna məruz qalaraq ələ keçirilib. Gəmilərdə ümumilikdə 30 dənizçinin olduğu, onlardan 22-nin Hindistan vətəndaşı olduğu bildirilir.

BAKU.WS xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

Məlumata görə, Eritreya bayrağı altında üzən "Sibu 1" tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində altı silahlı pirat tərəfindən ələ keçirilib. Gəmidə 20 nəfərlik heyət olub. Dəniz administrasiyasının məlumatına əsasən, ekipajın bütün üzvləri təhlükəsiz vəziyyətdədir. Onlardan 16-sı Hindistan, biri isə Suriya, Sudan və İraq vətəndaşıdır. Daha bir dənizçinin vətəndaşlığı hələ müəyyənləşdirilməyib.

Digər hadisə isə Somali sahillərində, Puntland bölgəsində baş verib. Kamerun bayrağı altında üzən "Lutuv" yük gəmisi piratların hücumuna məruz qalıb. Gəmidə 10 nəfərlik heyət olub və onların 6-sı Hindistan vətəndaşıdır.

Qeyd edək ki, Somali sahillərində pirat hücumları son dövrlərdə yenidən gündəmə gəlib. Daha əvvəl də Fars körfəzindən Somaliyə gedən və 18,5 min ton yanacaq daşıyan tanker quldurlar tərəfindən ələ keçirilmişdi. Bundan başqa, Somali piratlarının pakistanlı dənizçilərin azad edilməsi üçün milyonlarla dollar fidyə tələb etdiyi bildirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər