Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət etdi
"İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən qaçınmağa çalışıb, lakin onların hərbi təcavüzü müdafiə olunmaqdan başqa seçim qoymayıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "X" platformasında qonşu və dost ölkələrin liderlərinə müraciətində bildirib.
"Hörmətli dost və qonşu dövlətlərin liderləri, biz sizin köməyiniz və diplomatiya yolu ilə müharibədən qaçınmağa çalışdıq, lakin ABŞ-İsrail təcavüzü bizə müdafiə olunmaqdan başqa seçim qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və hələ də hesab edirik ki, regional sülh region ölkələrinin kollektiv səyləri ilə təmin edilməlidir", - deyə prezident vurğulayıb.
Oxşar xəbərlər
Fidan və Dar İranın Türkiyə ərazisinə raket atmasını müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı İranın bu yaxınla...