Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək

İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
O, ABŞ-ni İsrailin hücumlarını əlaqələndirməkdə ittiham edib.
"Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, İsrail onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv addım atmayacaq. Ona görə də indiki hücumların bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirildiyi açıq-aydın görünür", - Pezeşkian qeyd edib.
İran lideri daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində qeyd edib ki, İsrailin zərbələrinin ABŞ ilə əlaqələndirilməsi Vaşinqtonun etibarsızlığını göstərir.
Oxşar xəbərlər
İran Neft Nazirliyi: Tehran neft emalı zavodu hücuma məruz qalmayıb
İranın Neft Nazirliyi açıqlama yayaraq, Tehran Neft Emalı Zavodunun İsrailin hava zərbələrindən zərər görmədiyini və normal rejimdə fəaliyyətini davam etdirdiyi...
