Pezeşkian etiraz etdi: "Kim deyib ki, biz ancaq neftlə yaşayırıq?"
27
fev
2025
23:10
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın neft ixracına tətbiq olunacaq sanksiya xəbərdarlığına etiraz edib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.
"İndi Tramp bizə sanksiya tətbiq etmək istədiyini və neft satmağımıza icazə verməyəcəyini deyir.
Nefti olmayan ölkələr necə yaşayır? Biz neft satmasaq, yaşaya bilməyəcəyik? Kim deyib ki, İran ancaq neftlə yaşamalıdır?
Onlar bizi hədələyirlər ki, qorxaq, titrəyək, bazarımız da çöksün. İnam olarsa, heç bir çətinlik yaranmayacaq", - deyə M.Pezeşkian qeyd edib.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...