Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"
İran Prezidenti Məsud Pezeşkian hakimiyyət orqanlarının ölkəni idarə etməkdə səhv etdiklərini qəbul etməli olduqlarını bildirib. O, ictimai şikayətləri görməzdən gəlməyin cəmiyyəti yalnız qəzəbə, zorakılığa və yadlaşmaya sövq edəcəyi barədə xəbərdarlıq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik.
Dövlət orqanları yoxsul təbəqənin tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq. Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə, ölkədən və dövlətdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik", - Pezeşkian deyib.
Oxşar xəbərlər
Rusiyada sabiq nazir müavini hamamda ölü tapılıb
Rusiyanın Ədliyyə Nazirliyinin sabiq müavini Sergey Tropin ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb. Hadisə Moskvada,...