Peskovdan Zelenskiyə cavab: Rusiya ukraynalıları Ankarada yox, İstanbulda gözləyir
Rusiya nümayəndə heyəti Ukrayna tərəfini Ankarada deyil, İstanbulda gözləyir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.
O, Volodimir Zelenskinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra danışıqlarda iştirak edib-etməmək barədə qərar verəcəyinə dair xəbərlərə münasibət bildirib.
"Bunu heç cür şərh edə bilmərəm. Nümayəndə heyətimiz İstanbulda gözləyir, Ankarada yox," – deyə Peskov qeyd edib.
"Sky News" nəşri adının açıqlanmasını istəməyən ukraynalı rəsmiyə istinadla yazıb ki, Ukrayna prezidenti Rusiya ilə danışıqlarda iştirak edib-etməməyə dair qərarını Ərdoğanla görüşdən sonra verəcək.
Oxşar xəbərlər
Qızılın bu günə olan qiyməti açıqlandı
2025-ci il dekabrın 29-na olan qızıl bazar qiymətləri dünya və yerli əmtəə bazarlarında hələ də yüksək səviyyədə qalır. Spot bazarda bir unsiya qızılın qiyməti...