Peruda polis helikopteri qəzaya uğradı: 11 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Perunun şimalındakı Amazonas bölgəsində polis helikopteri eniş zamanı qəzaya uğrayıb və nəticədə 11 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yaralananlardan səkkizi polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb, qalan üç nəfər isə Peru ordusunun təyyarəsi ilə təxliyə edilib.
Peru Polis İdarəsi bildirib ki, qəza qanunsuz faydalı qazıntıların hasilatına qarşı əməliyyat zamanı baş verib. Rəsmi şəxslərin sözlərinə görə, pilotların peşəkarlığı sərnişinlərin və ekipaj üzvlərinin ciddi xəsarətlər almasının qarşısını alıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...