Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub
Dünyada aparılan genişmiqyaslı araşdırma passiv siqaret çəkmənin ciddi sağlamlıq riski olaraq qaldığını ortaya qoyub.
BAKU.WS xəbər verir ki, "The Lancet" jurnalında dərc olunan araşdırmada 204 ölkə və region üzrə məlumatlar təhlil edilib. Məlumata görə, 2023-cü ildə 767 milyonu uşaq olmaqla 2,7 milyarddan çox insan tütün tüstüsünün təsirinə məruz qalıb.
Passiv siqaret çəkmə nəticəsində həmin il təxminən 1,7 milyon nəfərin həyatını itirdiyi müəyyənləşib. Yetkinlər arasında əsas ölüm səbəbi işemik ürək xəstəliyi, uşaqlarda isə aşağı tənəffüs yollarının infeksiyaları olub.
Tədqiqatçılar xüsusilə qadınların və uşaqların qorunması üçün tütünə qarşı daha sərt tədbirlərin görülməsinə çağırıblar.
Oxşar xəbərlər
Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək
Rusiya hökuməti poçt əməkdaşlarına verilən xidməti və mülki silahlar və xüsusi vasitələr siyahısına antidron silahlarını da əlavə edib. BAKU.WS TASS-a istinadən...