Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"
26
may
2026
22:12
Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq imzalayacaqlar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nor Açində keçirilən seçkiqabağı kampaniya zamanı bildirib.
"Ermənistan və ABŞ TRIPP layihəsinin icrasına dair sazişin mətnini razılaşdırıblar. TRIPP layihəsi reallığa çevrilir. Mətn razılaşdırılıb və yekun imzalanmaya hazırdır. Bu, yaxın vaxtlarda baş tutacaq", - deyə Paşinyan vurğulayıb.
Oxşar xəbərlər
Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb
Ermənistanda bu günə qədər seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Kom...