Paşinyan etiraf etdi - Bu nazirlərin istefasını istəyib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bir neçə nazirinin istefası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirirb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.
"Mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələri tərk etmələrini xahiş etmişəm",- deyə Paşinyan yazıb.
Onun sözlərinə görə, bu müraciətin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır. Paşinyan məmurlara onun müraciətinə anlayışla yanaşdıqlarına görə təşəkkür edib.
Qeyd olunub ki, istefa ərizəsi verənlər arasında Daxili İşlər Naziri Vahe Kazaryan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Arqişti Karamyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan da var.

Oxşar xəbərlər
HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağının şimalında HƏMAS-ın "Şücaiyyə" batalyonunun sayca...