Paşinyan: Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub
Ermənistan Azərbaycanla sülh qurulması sayəsində öz tarixinin tamamilə fərqli bir mərhələsinə qədəm qoyub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə həmçinin mənim və Azərbaycan Prezidentinin imzaladığı bəyannamə sayəsində quruldu. 8 avqust uzun bir prosesin kulminasiyası, zirvəsidir. Bir il yeddi ay ərzində Ermənistan-Azərbaycan sərhədində atışmalar nəticəsində heç bir əsgər həlak olmayıb və yaralanmayıb", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, bu 1 il 7 ayın 2 il 7 aya, 3 ilə, 5 ilə, 50 ilə, 200 ilə çevrilməsi lazımdır.
Baş nazir həmçinin bildirib ki, hakim partiyanın qurultayında Ermənistan üçün "növbəti 100 il ərzində" həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul olunacaq.
Oxşar xəbərlər
Dünya üzrə sağlamlıq səviyyəsi yüksək olan ölkələr açıqlandı
Yeni qlobal araşdırmalara görə, dünyanın ən sağlam ölkələri yalnız tibbi xidmətin keyfiyyəti ilə deyil, həm də balanslı qidalanma, aktiv həyat tərzi və güclü pr...