Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir.
"Report" Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.
"Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır,
Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk...
Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır.
Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq", - Paşinyan bildirib.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...