Paris prokuroru Luvr soyğunçuluğu şübhəlilərinin həbsi xəbərinin yayılmasını pisləyib
Luvr soyğunçuluğunda şübhəli bilinən dörd nəfərdən ikisinin həbsi ilə bağlı məlumatların sızması istintaqa zərər verə bilər.
"Report"un məlumatına görə, bu barədə Paris Prokurorluğunun yaydığı açıqlamada bildirilir.
Paris prokuroru Lore Bekko bildirib ki, o, məlumatlı şəxslər tərəfindən istintaqın maraqlarını nəzərə almadan məlumatların vaxtından əvvəl açıqlanmasına görə dərin təəssüf hissi keçirir: "Bu, yalnız oğurlanmış zərgərlik əşyalarını və bütün cinayətkarları axtarmağa davam edən yüzlərlə müstəntiqin iştirak etdiyi istintaqa zərər verə bilər".
Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Parisdəki Luvr muzeyini qarət ediblər. Soyğunçuların bir vaxtlar Napoleon Bonaparta məxsus olan zərgərlik əşyalarını və digər qiymətli əşyaları oğurlaması yeddi dəqiqə çəkib. Bekko oğurluğun 88 milyon avro ziyana səbəb olduğunu bildirib. Fransa Mədəniyyət Nazirliyi "Financial Times" qəzetinə bildirib ki, oğurlanmış zərgərlik əşyaları sığortalanmayıb.
Oxşar xəbərlər
Burhanəddin Duran: PKK-nın açıqlaması "Terrorsuz Türkiyə" istiqamətində yeni addımdır
PKK-nın bugünkü açıqlaması "Terrorsuz Türkiyə" prosesi istiqamətində yeni addımdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administr...